Müdafiə Nazirliyi: Erməni nazirin bəyanatı öz xalqını aldatmaqdan başqa bir şey deyil
Bizi izləyin

Nida Xəbər

Müdafiə Nazirliyi: Erməni nazirin bəyanatı öz xalqını aldatmaqdan başqa bir şey deyil

Ermənistan ordusundakı son korrupsiya qalmaqalı fonunda müdafiə naziri David Tonoyanın guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistana tam tədarükünün başa çatdırılması barədə bəyanatı erməni əhalinin süni şəkildə ruhlandırılması cəhdindən başqa bir şey deyil.

Publika.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, bir müddət əvvəl erməni tərəfi 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş Rusiya istehsalı olan silahların Ermənistana tədarükündə ciddi problemlərin olduğunu bildirmişdi: "Lakin qısa müddət keçdikdən sonra D.Tonoyan əvvəl deyilənlərə zidd olaraq vicdan əzabı çəkmədən belə, həyasızcasına bütün aləmə car çəkir ki, guya Rusiya Ermənistana silah tədarükünü tamamilə başa çatdırıb. O ki qaldı Ermənistana çatdırılan müasir, modernizə edilmiş silahlar arasında Rusiya ordusunun belə, silahlanmasına verilməyən silahların olması barədə elə həmin Tonoyanın dediklərinə, bu, öz xalqını aldatmaqdan başqa bir şey deyil".

Nazirlikdən deyilib ki, Ermənistan tərəfinin mütəmadi olaraq bu cür məlumatlar yayması ordularındakı son korrupsiya qalmaqalı fonunda erməni əhalinin süni şəkildə ruhlandırılması məqsədilə daxili auditoriyaya hesablanıb:

"Bir müdafiə naziri kimi Tonoyan bilməli idi ki, Rusiya öz silahlı qüvvələrini hər hansı bir silah növü ilə tam təmin etmədən həmin silahı xarici ölkələrə tədarük etmir. Şübhəsiz ki, Ermənistanın müdafiə nazirinin fəxrlə bəhs etdiyi silahlar doğrudan da Rusiya ordusunun silahlanmasında yoxdur. Səbəb isə sadədir: həmin silahlar artıq köhnəlib və istifadəyə yararsızdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm