Nida Xəbər
Xüsusi ƏMƏLİYYAT: Qarabağa silah daşıyan gizli emalatxana aşkarlandı və... - ŞOK FAKTLAR (FOTO)
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları
silah qaçaqmalçılarına qarşı xüsusi əməliyyat keçirib. Nəticədə
yüzlərlə silah-sursat ələ keçirilib. Məlumatlara görə,
qaçaqmalçılar Ukraynanın Donetsk bölgəsinə və Azərbaycanın
Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə
qanunsuz silah aparırlarmış. Bu bölgələrə daşınan silahlar iki
gizli emalatxanada istehsal olunurmuş.
Publika.az xəbər verir ki, FSB silah qaçaqmalçılarının
Avropa İttifaqı ölkələrindən Rusiya ərazisinə silah daşıdıqları
haqda məlumat yayıb.
Məlumata görə, qaçaqmalçılardan odlu silahın 400 vahidi götürülüb,
həmçinin, böyük miqdarda avtomat silah (25 pulemyot, 30 avtomat, 70
tapança), yüz ədəd tüfəng, 158 ədəd rovelver tapança, qumbaratan və
minaatanlar və s. müsadirə olunub.
Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti Andrey Koşkin
danışır ki, silahlar bir qayda olaraq “isti nöqtələrdən” və
qeyri-stabil ölkələrdən gətirilir: “Lakin bəzən Avropa ölkələri
kimi qanunun yaxşı işlədiyi ölkələrdən də silahlar gətirilə bilər.
Silah Rusiyaya iki məqsəd üçün “idxal edilir”. Birincisi,
“yükboşaltma” məqsədilə. Rusiyadan potensial münaqişə bölgələrinə
aparılır. Rusiyanın ətrafında birdən daha çox münaqişə bölgəsi var.
Ələ keçirilən silahlar arasında tank əleyhinə minaların və
qumbaraatanların olması bunu deməyə əsas verir.
İkincisi, daxildə terrorçulara satılır. Bu haqda prezident Vladimir
Putin dəfələrlə danışıb. Bildirib ki, Rusiya Federasiyasında
müxtəlif terror qruplaşmalarının, həmçinin, radikalların
aktivləşməsi müşahidə olunur. Atıcı silahların, döyüş sursatlarının
və partlayıcı maddələrin sifarişçiləri bu qruplaşmalar ola
bilər”.
Əməliyyat nəticəsində iki gizli emalatxananın fəaliyyəti sıradan
çıxarılıb. Bu emalatxanalarda odlu silahların müasirləşdirilməsi və
döyüş sursatlarının istehsalı həyata keçirilirmiş. İstehsal olunan
silahların Donetskə və Dağlıq Qarabağa “ixrac edildiyi”
deyilir.
A.Koşkin deyir ki, bu iki bölgədən silah sifarişləri olduğu üçün
gizli emalatxanalar yaradılıb.
Görünür, Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunu
silahlandırmaq üçün daha ucuz başa gələn qaçaq yollarla
silah-sursat əldə edir.
Asif
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO