Çavuşoğlu Bakıda FETÖ ilə mübarizədən danışdı
Bizi izləyin

Nida Xəbər

Çavuşoğlu Bakıda FETÖ ilə mübarizədən danışdı

Azərbaycan Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizədə Türkiyəni dəstəkləyib.

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan FETÖ-nün fəaliyyətinin qarşısının alınmasında ciddi addımlar atıb.

“Qardaş Azərbaycan FETÖ ilə mübarizədə bizə ən güclü dəstək verən ölkələrin başında gəlməkdədir. FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb. Afrika ölkələri ya onları bağlayır, ya da Təhsil Nazirliyinə təhvil verir. Qırğızıstanda hər şeyi FETÖ ələ keçirib. Ancaq Azərbaycan zamanında tədbirlər aldı. Ancaq FETÖ-nun bütün qurumlara nüfuz etməsini bir daha araşdırmalıdır. Azərbaycanla təhsil sistemində əməkdaşlığı gücləndirəcəyik. FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik. Azərbaycan da bu məktəbləri bizim “Maarif” Vəqfinə verə bilər”, - Çavuşoğlu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm