Nida Xəbər
DGK ilə DSX nümayəndələri işçi görüşü keçirib
Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri arasında iyulun 28-də işçi görüş keçirilib.
Publika.az xəbər verir ki, nümayəndə heyətlərinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-mayor Abbas Xəlilov rəhbərlik ediblər.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev “Gömrük-sərhəd buraxılış məntəqələrində işin daha da təkmilləşdirilməsi və sürətli keçidin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Komitə sədrinin müvafiq sərəncamı ilə yaradılmış işçi qrupu və onun fəaliyyəti barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, işçi qrupa Dövlət Sərhəd Xidməti ilə birlikdə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi zamanı yaranan və gələcəkdə yarana biləcək problemlərin dərhal və operativ qaydada araşdırılaraq həll edilməsi, sərhəd-keçid məntəqələrinin fəaliyyət xüsusiyyətləri və infrastrukturu nəzərə alınmaqla gömrük orqanları və sərhəd xidməti arasında fəaliyyəti nizama salan razılaşma sənədinin hazırlanması, sərhəd-keçid məntəqələrində birgə nəzarət və səlahiyyət bölgüsü ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsilə bağlı təkliflərin hazırlanması həvalə olunub.
Müzakirə zamanı hər iki xidmət tərəfindən vətəndaş məmnunluğunu təmin etmək üçün sərhəd-keçid məntəqələrində “Yaşıl dəhliz” prinsipinin tətbiqini daha da genişləndirilməsini, risklərin idarə olunması prinsipi əsasında mal və nəqliyyat vasitələrinin yoxlanılmasını və texnoloji innovasiyalardan istifadəni təmin etməklə gömrük nəzarətinin həyata keçirilməsi, surətli, eyni zamanda təhlükəsiz sərhəd buraxılış məntəqələrinin işinin daha da təkmilləşdirilməsi qərara alınıb.
Sonra görüşdə bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...