Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı yayılan məlumatları araşdırır
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı yayılan məlumatları araşdırır

Azərbaycan Ermənistanın Hindistandan silah alması ilə bağlı erməni KİV-lərində yayılan məlumatları araşdırır.

Bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Hindistandakı səfirliyinə bu məlumatı araşdırmaq barədə tapşırıq verilib:

“Hindistandakı diplomatik nümayəndəliyimizə Ermənistan KİV-lərdə yer alan bu məlumatların nə dərəcə doğru olduğunu dəqiqləşdirmək və zərurət olarsa, bu məsələ ilə bağlı Hindistan tərəfi ilə görüşmək təlimatı vermişik”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm