Yaponiya XİN rəhbərinin Qafqaza səfəri başladı
Bizi izləyin

Nida Xəbər

Yaponiya XİN rəhbərinin Qafqaza səfəri başladı

Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, sentyabrın 2-də nazirin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb. Taro Kono əvvəlcə Ermənistana və Gürcüstana, sentyabrın 5-də isə Azərbaycana gələcək. Bu, XİN rəhbərinin Ermənistan və Gürcüstana ilk səfəridir. O, 1999-cu ildən sonra Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.

Nazirin regiona səfərində məqsəd Cənubi Qafqaz ölkələri ilə Yaponiya arasındakı əməkdaşlığı genişləndirməkdir.

Yaponiya XİN rəhbəri Qafqaz regionuna səfərindən sonra Almaniyaya yola düşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm