Tarixdə ilk dəfə olaraq İran və İsrail Azərbaycanda... - Hərbi EKSPERT
Bizi izləyin

Nida Xəbər

Tarixdə ilk dəfə olaraq İran və İsrail Azərbaycanda... - Hərbi EKSPERT

“Bu il üçüncü dəfədir ki, keçirilən Azərbaycan Beynəlxalq müdafiə sərgisi əvvəlki illərlə müqayisədə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımdan fərqlənir".

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov Bakı Ekspo Mərkəzində “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətindən danışarkən bildirib.

Onun sözlərinə görə, sərgidə Müdafiə Sənayesi Nazirliyi ilə yanaşı bir sıra özəl şirkətlərimiz də təmsil olunması müsbət haldır:

“Bu dəfə sərgidə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”, ANAMA və Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı kimi şirkətlər təmsil edilir. Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən bu cür sərgilərə qatılır. Lakin belə sərginin ölkəmizdə keçirilməsi son dərəcə əhəmiyyətlidir. Xaricə çıxarılan məhsulların sayı adətən məhdud olur. Belə sərgidə isə ölkəmizdə geniş çeşiddə istehsal edilən məhsulları nümayiş etdirmək imkanımız yaranır. Bu sərgi eyni zamanda böyük bir müdafiə sənaye platformasıdır. Xaricdən gələn nümayəndə heyətləri ilə artıq müqavilələr bağlanıb. Ötən ilə olan məlumata görə, Müdafiə Sənayesi Nazirliyinin ixracatı 20 milyon dollardan çox oldu, bu 10 illik zaman kəsiyində əldə olunan naliyyət idi. Bildiyiniz kimi dünyada keyfiyyətinə görə fərqlənən silahlar seçilir. Azərbaycanın silah ixracının ildən-ilə artması isə ölkəmizdə silah istehsalının keyfiyyətindən xəbər verir. Bütün bunlara əsasən deyə bilərik ki, Azərbaycan yalnız neft ölkəsi kimi tanınmayacaq, eyni zamanda yaxın gələcəkdə müdafiə sənayesi ölkəsinə çevrilə biləcək. Perspektivdə bu fərqin artacağı gözləniləndir”.

Ekspert onu da vurğulayıb ki, son bir il ərzində iki parad, iki ümumqoşun genişləndirilmiş təlimi, ardınca belə bir beynəlxalq tədbirə ev sahibliyi etməklə Azərbaycanın bu sahədə iddialı olduğunu ortaya qoydu:

“Növbəti illərdə bu sərgiyə qatılacaq şirkətlərin sayının artacağı gözlənilir. Azərbaycan Müdafiə sənayesi daha çox məhsulu sərgiyə çıxaracaq. Builki sərgidə nazirliyin müəssisələrində istehsal edilən yeni silahlar, snayper tüfəngləri ilə yanaşı, aviasiya bombalar nümayiş olunur. Sərgidə həmçinin nazirliyin ağıllı silahlara kökləndiyi müşahidə edildi ki, bu da çox müsbət hal hesab edilir. Ən maraqlı məqamlardan biri tarixdə ilk dəfə olaraq İran və İsrail hərbi sənayesinin eyni sərgidə təmsil edilməsi idi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm