Putinin Azərbaycana səfər proqramı açıqlandı
Bizi izləyin

Nida Xəbər

Putinin Azərbaycana səfər proqramı açıqlandı

Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Bakıda cüdo üzrə dünya çempionatının son mərhələsinə baş çəkəcək və Rusiya idmançıları ilə görüşəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, yarışda Rusiyanl 30 idmançı təmsil edir: 15 kişi və 15 qadın.

“Prezident yarışlara baş çəkəcək, görünür, bizim idmançılarımızla görüşəcək”, - Uşakov jurnalistlərə deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə bildirb ki, Putinin Azərbaycana səfəri sentyabrın 27-də səhər saatlarında başlayacaq. Rusiya prezidenti Bakıda Rusiya-Azərbaycan regionlararası forumda iştirak edəcək.

“Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”, - Kremlin sözçüsü vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm