Nida Xəbər
Almaniya səfiri: "Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir"
"Almaniya həmişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair hazırkı status-kvonu qəbuledilməz hesab edib".
“Report” xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ölkəsinin Milli Birlik günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda jurnalistlərə deyib.
Onun sözlərinə görə, Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır: "Bu istiqamətdə hər cür addımları alqışlayırıq. Status-kvonun qəbuledilməz olduğunu həmişə söyləmişik".
M.Kindsqrab "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dəyişdirilməsinə zərurət varmı" sualını isə belə cavablandırıb: “Söhbət ATƏT-in Minsk qrupunun tərkibinə dəyişiklik etməkdən yox, Almaniyanın mövcud format daxilində bu məsələni daha səmərəli həll etməyə necə töhfə verə biləcəyindən gedir”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu