Politoloq: "Ermənistanı bundan daha yaxşı günlər gözləmir"
Bizi izləyin

Nida Xəbər

Politoloq: "Ermənistanı bundan daha yaxşı günlər gözləmir"

“Dasnaksütyun” və Respublika Partiyası erkən seçkilərin keçirilməsi ilə bağlı konstitusiyaya dəyişiklik edilməsinə dair irəli sürülən tələblərə etiraz edib. Amma görünür Ermənistana kifayət qədər xarici qüvvələr tərəfindən təzyiq edilir və bu da onu göstərir ki, Paşinyanın ciddi şəkildə dəstəkləndiyinə dair məqamlar göz önündədir”.

Bu sözləri Publika.az-a politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın eks-prezidenti Serj Sarkisyan Amerikada mükafatlandırılıb: “Bu məsələnin əsas mesajı ondan ibarətdir ki, Qərb Paşinyanı dəstəklədiyinə dair incə mesaj verib. Bunu başqa cür qiymətləndirmək yerinə düşmür. Dünən isə Çarukyanla Paşinyan arasında memorandum imzalandı. Memorandum şərtlərinə əsasən, növbədənkənar seçkilərdə Çarukyan baş nazir postuna namizədlik irəli sürməyəcək və eyni zamanda, Paşinyanın namizədliyini dəstəkləyəcək. Burada Paşinyan ağıllı addım atdı və öz mövqelərini bir qədər də olsa gücləndirmiş oldu. “Daşnaqsütyun” və Respublika Partiyası ilə şantaj üsulu ilə danışan Paşinyan onları əlində olan ən güclü silahla - xalq kütləsi ilə qorxudur. Çarukyan da təzyiq altında Paşinyanla anlaşmaya razılıq verdi, baxmayaraq ki o, Ermənistanda kifayət qədər maliyyə imkanlarına və biznes strukturlarına sahibdir. Çox güman ki, o, biznes strukturlarının təhlükəsizliyini və hazırkı mövqeyini qorumaq naminə bu razılığa gedib. Hesab edirəm ki, Çarukyan bu anlaşmadan ciddi qazanc əldə etməyəcək. Çünki bir müddət əvvəl hakimiyyətin bölünməsinə dair əldə edilən razılaşmadan Paşinyan Çarukyanı uzaqlaşdırmışdı. Belə olan halda, Çarukyan da Paşinyana qarşı cəbhədə yer almağa başlamışdı. Paşinyan onları əks-inqilabçı adlandırıb kütlə ilə qorxutsa da, nəhayət, öz maraqlarının xeyrinə məsələləri həll etdi. Düşünürəm ki, Paşinyan hələ ki özünün siyasi ambisiyalarını həyata keçirə bilir. Bu istiqamətdə bir sıra tezislər irəli sürə bilərik: birincisi, bu gün Ermənistanda Paşinyanın rəhbərliyi altında hər hansı bir demokratik cəmiyyət qurulmayacaq, ikinci tərəfdən Paşinyan da öz sələfi, keçmiş prezident Serj Sarkisyan kimi istənilən vaxt zorakı və təhdid vasitələrinə əl ataraq hakimiyyətdə qalmağa çalışır, üçüncüsü, Paşinyan Ermənistanın iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addım atmaq imkanlarına sahib deyil. Bu üç tezislə Nikol Paşinyanın hakimiyyətinin xarakterini müəyyənləşdirmək olur. Buna istinadən demək olar ki, seçkilərdə Paşinyanın yenidən qələbə qazanacağı təqdirdə Ermənistanı bundan daha yaxşı günlər gözləmir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm