Nida Xəbər
"Daha irəli pillələrə yüksəlmək üçün çalışmalıyıq" - EKSPERT
"Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı bu dəfə tamamilə yeni metodologiya əsasında hazırlandığından ölkəmizin mövqelərinin zəifləyəcəyi düşünülsə də, tam əksi baş verdi. Azərbaycan hesabatda kifayət qədər təqdirəlayiq yer tuta bildi".
Bu sözləri Publika.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, Qlobal Rəqabətlilik Hesabatı-2018/2019-un əsas fərqi ondan ibarətdir ki, buradakı indikatorların yarıdan çoxu təzədir:
"Qeyd edim ki, hökumətin həyata keçirdiyi iqtisadi kursa min cür problem qoşan ekspert-iqtisadçılar da bunu, hələ xeyli əvvəldən proqnoz etmişdilər. Lakin göründüyü kimi, yeni metodoloji yanaşma da Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri kölgə altına sala bilməyib və ölkəmiz sözügedən hesabatda yenə də kifayət qədər təqdirəlayiq yer tuta bilib. Qlobal Rəqabətlilik Hesabatı-2018/2019-un əsas fərqi ondan ibarətdir ki, buradakı indikatorların yarıdan xeyli çoxu təzədir. Əlbəttə, bunların hamısı üzrə yüksək nəticələrə nail olmaq çətindir. Məsələn, dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmağımız mühüm göstəricidir. Bu da ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə aparılan islahatların, göstərilən cəhdlərin, sahibkarlıq fəaliyyəti üçün ortada olan bütün maneələrin aradan qaldırılması və sair kimi işlərin nəticəsidir. Bundan əlavə, infrastruktur, İKT-dən istifadə səviyyəsi, əmək bazarı üzrə ölkəmizdə həyata keçirilən işlər də göz qabağındadır və bu da təbii ki, öz nəticələrini göstərməli idi. Təsadüfi deyil ki, Azərbaycanın qeyd olunan göstəricilərdə mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən həssaslıqla qeydə alınıb".
P.Heydərov onu da əlavə edib ki, ölkəmiz üçün elektrik enerjisi sayəsində 100 faiz bal toplamaq böyük nailiyyətdir:
"Əhalinin elektrik enerjisi ilə təchizat məsələsi xüsusilə vurğulanmalıdır. Burada əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal əldə etmək və bu göstərici üzrə dünyada ilk pilləyə yüksəlmək, Azərbaycan kimi ölkə üçün böyük nailiyyətdir. Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmış Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın belə mühüm göstəricilərdə irəli nəticələr göstərməsi, ölkəmizin yerində saymadığını - inkişafda olduğunu diqtə etməkdədir. Lakin görüləsi işlər hələ çoxdur. Bu cür hesabatlar ölkəmizə diqqəti artırmaq və yaxud azaltmaq məqsədi daşıyır. Yaxşı rəy verilirsə, demək, ölkəmizə diqqət bundan sonra bir az da artacaq. Odur ki, biz də geri nəticələr göstərdiyimiz pillər üzrə irəliləməyimiz üçün daha çox çalışmalıyıq".
Könül Cəfərli
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi