Nida Xəbər
Dünya mediası 15 illik möhtəşəm zəfərdən yazır
Bir sıra ölkələrin kütləvi informasiya vasitələri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsini yaymaqda davam edir.
Publika.az xəbər verir ki, İranın “İRNA” xəbər agentliyi, Qazaxıstanın “Rezonans”, Gürcüstanın “Newsday”, “Gaxa”, Özbəkistanın “Kun.uz”, Qırğızıstanın “Goldenbridgenews”, Ukraynanın “Versii”, Moldovanın “Tribuna” portalları, Türkiyənin “Sanalbasın”, “Bafra55” saytları, “Gazetekars” qəzeti Əli Həsənovun bu məqaləsinə yer veriblər. Bundan başqa, Türkiyənin BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) Araşdırmalar Mərkəzi məqaləni tam şəkildə öz saytında yerləşdirib.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmizdə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, əhalinin təhlükəsizliyinin, insanların əsas hüquq və azadlıqlarının, ölkənin əmin-amanlığının təmin edilməsi, vətəndaşların rifah halının yüksəlməsi, Azərbaycanın müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınması, beynəlxalq nüfuzunun artması istiqamətində görülən işlərdən ətraflı bəhs edilir. Həmçinin ölkəmizin iqtisadi sahədə uğurlarından, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan nəhəng transmilli energetika və nəqliyyat layihələrindən, demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasətdən söhbət açılır.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır