Braziliyada təqdimat - FOTO
Bizi izləyin

Nida Xəbər

Braziliyada təqdimat - FOTO

19 oktyabr tarixində, Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar, Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində, Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan bələdiyyə məktəbinə hədiyyə edilmiş kompyuterlərin təqdim edilməsi mərasimi keçirilmişdir.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən səfir Elxan Poluxov, Ümummilli Liderin həyatı və fəaliyyətinə dair geniş məlumat verərək, Ulu Öndərin, humanitar, xüsusi ilə təhsil sahəsinə göstərdiyi diqqət haqqında danışmış və nəticə olaraq, son illər ərzində, Azərbaycanda onlarla yeni məktəbin tikildiyini və yüzlərlə məktəbin isə yenidən təmir edildiyini vurğulamışdır.

Məktəbin direktoru Fabio Millioni, səfir Elxan Poluxova minnətdarlığını bildirərək, məktəbə daim göstərilmiş diqqətə görə dərin təşəkkürünü ifadə etmişdir.

Bundan əlavə, tədbirdə iştirak edən Rio de Janeyro şəhərinin Meriyasının nümayəndələri, səfir Elxan Poluxova göstərilmiş diqqətə görə təşəkkür etmişlər.

Tədbirin sonunda, xatirə fotoşəkilləri çəkilmiş və tədbir haqqında məlumat yerli mətbuatda işıqlandırılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm