Nida Xəbər
Avropa İttifaqı Paşinyanın oyununu gördü və... - ŞƏRH
“İndiyə qədər Ermənistan müxtəlif təşkilatlardan
yalvararaq pullar almaqla yaşayıb. Paşinyan da eyni yolla gedərək,
xaricdən mədəd umur. Lakin Ermənistanda nə əvvəlki, nə də keçmiş
rəhbərlik öz hesablarına vəsait qazanaraq, öz problemlərini həll
etmək iqtidarında olmayıblar”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsinin üzvü Aydın Mirzəzadə Avropa İttifaqının Ermənistana
ayırdığı yardımı azaltmasına münasibət bildirərkən deyib.
A.Mirzəzadə dilənməyi sistem halına çevirmiş Ermənistana artıq
dünyanın inanmadığını vurğulayıb.
“Ermənistanın nağılları artıq tükənib. Paşinyan Sarkisyan
hakimiyyətinin maxinasiyalarını açmaqla beynəlxalq təşkilatlara
Ermənistana ayırdıqları pulların təyinatı üzrə xərclənmədiyini
göstərdi. Digər tərəfdən, Paşinyan qərb dəyərlərindən danışsa da,
reallıqda öz diktaturasını qurmağa meyillidir. Avropa İttifaqı bunu
gördüyü üçün ayrılan vəsaitin həcmini iki dəfə azaltdı. Çünki
Ermənistana ayrılan vəsaitlərin təyinatı üzrə xərclənəcəyinə ümid
yoxdur”, - deyə Milli Məclisin üzvü vurğulayıb.
A. Mirzəzadə hesab edir ki, Sarkisyandan sonra Paşinyanın da öz
diktaturasını qurmağa başlaması digər beynəlxalq təşkilatların və
dövlətlərin də Ermənistana maliyyə yardımı göstərməkdən imtina
etməsi ilə nəticələnəcək.
Asif
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq