Milli Məclis əməkdaşlarının maaşı artırılmalıdır - Siyavuş Novruzov
Bizi izləyin

Nida Xəbər

Milli Məclis əməkdaşlarının maaşı artırılmalıdır - Siyavuş Novruzov

“Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır”.

Publika.az bildirir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin xərclər smetası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

O xatırladıb ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: “Onların hazırlanması üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər”.

Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən komitə sədri əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini xatırladıb: “ Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa ayda bir dəfə mərkəz tərəfindən sorğu keçirilməli, sorğular vasitəsilə ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün konqreslərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir”.

Deputat Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsait artırılmasını da təklif edib: “Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqları artırımalıdır. Çünki, onlar gecə gündüz işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsələsilə məşğul olurlar. Bu baxımdan bu sahəyə ayrılan vəsait artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm