Abel Məhərrəmovun vəzifədə son çıxışı - VİDEO
Bizi izləyin

Nida Xəbər

Abel Məhərrəmovun vəzifədə son çıxışı - VİDEO

Məlum olduğu kimi, prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Publika.az xəbər verir ki, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb və keçmiş rektorun bu şəhərdə biabırçı çıxışı onun "sonunu gətirib".

Belə ki, A.Məhərrəmov “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” tədbirində çıxışı zamanı salondakılara utancverici anlar yaşadıb. Sabiq rektor olduqca məntiqsiz və rabitəsiz çıxışı ilə Azərbaycan nümayəndə heyətini utandırıb və zaldakı digər nümayəndələrin gizlin gülüş hədəfinə çevrilib.

Bundan əlavə, Məhərrəmovun səfir oğlu ilə birlikdə şərab biznesində "xüsusi çəkiyə"yə malik olduqları da deyilir. Abel müəllimin səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olub.

Abel Məhərrəmovun sözügedən tədbirdə çıxışını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm