Nida Xəbər
Azərbaycan Sudana sülhməramlı göndərəcək - Milli Məclis razılıq verdi
“Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində UNMİSS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında layihə Milli Məclisdə müzakirə edilib.
Publika.az xəbər verir ki, layihə barədə birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.
Z.Əsgərov Kosova, İraq, Əfqanıstanda Azərbaycan sülhməramlılarının iştirakına diqqət çəkib:
“Bu əməliyyatlara NATO komandanlığı rəhbərlik edir. Bütün proseslər BMT-nin Təhlükəsizlik Şurasının mandatı altında həyata keçirilir. Bizə təqdim edilən layihədə bu missiyanı BMT öz üzərinə götürür. Bu missiyaya qoşulmaqla Azərbaycan dövləti və Prezidenti sülhsevər siyasətini ortaya qoyur. Biz istəyirik ki, bütün ölkələrdə sülh olsun. Dövlətimiz və Prezidentimiz də bu məsələdə maraqlıdır. Bu məsələnin Milli Məclisdə təsdiqi təklif edilir. Biz bir daha təsdiq edirik ki, BMT-nin qarşıya qoyduğu məqsəd və vəzifələrə sadiqik. Biz də çox istərdik ki, BMT Təhlükəsiz Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətlə, daha ciddi yanaşsın”.
Layihə səsə qoyularaq qəbul edilib.
Gülxar
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi