Nida Xəbər
Danimarka şirkəti Dağlıq Qarabağda dərman satır? - XİN-dən AÇIQLAMA
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkətinin Dağlıq Qarabağ ərazisində iqtisadi fəaliyyətlə məşğul olması barədə yayılan fikirlərə bağlı araşdırma aparıb.
XİN-dən Publika.az-a verilən məlumatda bildirilib ki, ölkəmizin kütləvi informasiya vasitələrində yayılmış Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimə dərman məhsullarının satışının həyata keçirilməsi haqqında məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi tərəfindən araşdırılıb.
Araşdırma nəticəsində müəyyən olunub ki, Danimarkanın "Novo Nordisk" şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil, bu ərazi ilə heç bir ticarət müqaviləsi mövcud deyil və Dağlıq Qarabağa heç bir məhsul ixrac edilməyib. Bu məlumatı öz məktubunda təsdiq edən Danimarka şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etdiyini və Azərbaycanın milli qanunvericiliyi, eləcə də beynəlxalq hüquqa uyğun fəaliyyət göstərdiyini xüsusi olaraq vurğulayıb. Danimarka şirkəti, həmçinin mətbuatda bu cür xəbərlərin yayılmasından narahat olduğunu və «Novo Nordisk»in Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO