İndoneziya səfiri: "Bu işğala son qoyulmalıdır"
Bizi izləyin

Nida Xəbər

İndoneziya səfiri: "Bu işğala son qoyulmalıdır"

"İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir".

“Report” xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirib.

"Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, - deyə o vurğulayıb.

İndoneziyanın Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu deyən səfir bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm