Tahir Kərimli: “Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni...”
Bizi izləyin

Nida Xəbər

Tahir Kərimli: “Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni...”

“Himnlə bağlı müzakirələr mənim əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu. Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O, qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətli və keyfiyyətli olmalıdır.

Tahir Kərimli söyləyib ki, Müsavat Partiyasının başqanı himnin sözlərinin dəyişməz olduğunu deyir. “Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər vermişdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm