Məşhur mahnı müəllifinin oğlu, ABŞ universitetində… - Yeni nazir müavininin DOSYESİ
Bizi izləyin

Nida Xəbər

Məşhur mahnı müəllifinin oğlu, ABŞ universitetində… - Yeni nazir müavininin DOSYESİ

ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru Elnur Soltan Azərbaycanda energetika nazirinin yeni müavini təyin olunub.

Publika.az
Elnur Soltanın dosyesini təqdim edir:

Soltanov Elnur Zabit oğlu Mingəçevirdə dünyaya gəlib. Lakin əslən Zərdabın Məlikli kəndindəndir.

Atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olub. Elnur Soltanovun atası məşhur “Gecələr” mahnısının müəllifi olsa da, o, bu günədək müəlliflik hüququnu bərpa edə bilməyib.

Elnur Soltanovun böyük qardaşı 10 yaşında ikən dünyasını dəyişib.

E.Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını alıb.

Bundan başqa o, 2000-2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışıb.

ADA Universitetində çalışmağa başlamazdan öncə, Soltanov Truman Dövlət Universitetində çalışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm