Nida Xəbər
DTX-nin Mədəniyyət Mərkəzi Sumqayıtda balaca tamaşaçıların görüşünə gəldi - FOTOLAR
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi yanvarın 10-da Sumqayıt Dövlət Dram Teatrında balaca tamaşaçıların, məktəblilərin görüşünə Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın yeni sərgüzəştləri ilə gəlib. Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyevadır. Xoş ovqatlı və yaddaqalan musiqili nağıl-tamaşa “Tıq-tıq xanımın saxta babası” adlanır.
Publika.az xəbər verir ki, DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayev jurnalistlərə açıqlamasında tamaşanın nümayiş etdirilməsində məqsədin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla reallaşdırdığı dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək olduğunu bildirib.
“İlk dəfədir DTX-nin Mədəniyyət Mərkəzi Bakı şəhərindən kənarda belə tədbir keçirir. Bu cür tədbirlərin respublikamızın digər şəhər və bölgələrində də keçirilməsi planlaşdırılır. DTX-nin Mədəniyyət Mərkəzinin istedadlı kollektivi bu istiqamətdə bütün yaradıcılıq qüvvəsini və bacarığını sərf edir. Zənnimcə, bugünkü tamaşa uşaqları sevindirəcək, valideynlərin rəğbətini qazanacaq, hər kəsin zövqünü oxşayacaq”, - deyə Arif Babayev qeyd edib.
Orijinal və müasir tərtibatda səhnələşdirilən tamaşada hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz Tıq-tıq xanımın başına gələnlərdən fərqli məcrada cərəyan edir.
Bayram əhval-ruhiyyəli, şən musiqiləri, sevimli mahnıları, rəngarəng kostyumları, dekorasiyaları və işıq effektləri ilə uşaqları riqqətə gətirən, göz qamaşdıran və anşlaqla keçən tamaşada Tıq-tıq xanımın Yeni il bayramı üçün Şaxta babanı axtarması zamanı üzləşdiyi macəralardan bəhs edilir. Baş qəhrəman Tıq-tıq xanımın ən birinci arzusu Şaxta babanı tapmaq və onun Qar qızı olmaqdır.
Uşaqlarla yanaşı, böyüklər tərəfindən də böyük maraqla izlənilən tamaşada Tıq-tıq xanım obrazını 6 yaşlı aktrisa Nuray Rəhman canlandırıb. Digər yaddaqalan obrazları Mədəniyyət Mərkəzinin aktyorları ilə birgə DTX-nin əməkdaşlarının övladları oynayıb.
Balacaların məhəbbətini, böyüklərin xoş təəssüratını qazanan tamaşanın sonunda uşaqlar obrazları yaradan aktyorlarla xatirə şəkilləri çəkdiriblər.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi