Nida Xəbər
Ramil Usubov Səhlab Bağırova yeni vəzifə verdi
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov tutduğu vəzifədən azad edilərək DİN-in Əlahiddə Çevik Polis Alayının komandiri təyin olunub.
Nazirin digər əmri ilə, Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, məlum təyinatla bağlı ilk xəbəri "unikal.org" saytı yayıb.
Xatırladaq ki, S. Bağırov Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini təyin olunmazdan əvvəl də Əlahiddə Çevik Polis Alayının komandiri olub.
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO







































