Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
Bizi izləyin

Nida Xəbər

Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman müasir dövrün yeni çağrışlarına uyğun idarəetmə sistemində çevikliyin artırılması baxımdan mühüm əhəmiyyət daşıyır.

Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının bildirdiyi kimi idarəetmə sistemində yeni islahatlar mərhələsi başlanıb. Bu isə dərinləşmiş iqtisadi islahatlar fonunda Azərbaycanın 2019-cu ilə yeni struktur islahatları ilə başlamasından xəbər verir.

Azərbaycanda həyata keçirilən islahatların strukturun təkmilləşdirilməsi və qərarların qəbulunun çevikliyini də özündə ehtiva etdiyini deyən V.Bayramov diqqətə çatdırıb ki, ölkə başçısının mövcud strukturu təkmilləşdirərək yeni dövrün çağırılarına uyğunlaşdırması nəticəsində idarəetmə sistemində çeviklik artırılır: “Təbii ki, bu konteksdə dövlət idarəçiliyinin dəyişdirilməsi struktur islahatları çərçivəsində həyata keçirilən addımdır. Bu, dövlət idarəetmə strukturunun təkmilləşdirilməsində daha çevik qərarların qəbul edilməsi üzrə şəraitin yaradılmasına imkan verir. Fərmanın ən böyük üstünlüyü müasir standartlara uyğun idarəetmə strukturlarının yaradılması ilə bağlıdır. Aydındır ki, dərinləşmiş islahatlar yeni struktur islahatlarını daha aktuallaşdırır. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzalanan son Fərman da məhz iqtisadi islahatların səmərəliliyinin daha da artırılması üçün baza formalaşdırmaqdadır. 2019-cu ildə həm dövlət başçısnın tapşırıq və tövsiyələrinə, həm da Strateji Yol xəritələrinə uyğun olaraq islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur. Deməli, dərinləşmiş islahatlar bu il qeyri-neft sektorunun artım tempinə də öz müsbət təsirini göstərəcək. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması kimi hədəflərə daha tez nail olmasına şərait yaradacaq. Nəticə etibarilə, son illər idarəetmə aparatının səmərəliliyinin artırılması istiqamətində addımların atılması və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunması xüsusilə qeyd olunmalıdır”.

Ekspert deyib ki, bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbulu prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradacaq: “Müasir çağrışlar bir daha təsdiq edir ki, idarəetmədə prosedurlarının sayının azaldılması islahatların səmərəliliyinə birbaşa təsir göstərir. Bu baxımdan da, yeni struktur islahatları biznes mühitinin daha da yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərəcək. Bu kontekstdən, son islahat Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir”.

V.Bayramovun sözlərinə görə, bütün bu islahatlar dövlət büdcəsində vəsaitlərə qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir. Fiskal konsolidasiya fonunda idarəetmə xərclərinin optimallaşdırılması büdcə vəsaitlərinin səmərəliliyinin artırılmasına imkan yaradır. Bu, optimal xərclər, həmçinin daha səmərəli maliyyə mexanizminin formalaşdırılması baxımdan da vacibdir.

“Prezidentin bu Fərmanı bir daha təsdiq edir ki, Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm institusional olaraq davam etdirilir. Məqsəd mövcud postneft dövrünün prioritetlərinə uyğun iqtisadiyyatın şaxələndirilməsinə hədəfləmiş islahatların struktur islahatları ilə dəstəklənməsinə nail olmaqdır. Nəticədə bu, idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha çevik, tez bir zamanda səmərəli reaksiya verməsini təmin edir. Bütövlükdə bu, yalnız iqtisadi inkişaf deyil, həm də bütövlükdə cəmiyyətin inkişafı və ölkənin daha müasir, çevik idarəetmə sisteminə transformasiyası baxımından olduqca vacibdir”, - deyə ekspert bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm