Mehmanın azadlığı onları məyus edəcək – ATƏT PA-nın vitse-prezidenti
Bizi izləyin

Nida Xəbər

Mehmanın azadlığı onları məyus edəcək – ATƏT PA-nın vitse-prezidenti

Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Mehman Hüseynovla bağlı məsələni nəzarətə götürməsinə münasibət bildirən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

“Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əleyhinə yaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu. Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək”, - deputat bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Azərbaycan Baş prokuroru tərəfindən Mehman Hüseynov barəsində cinayət işinin icraatına xitam verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm