Nida Xəbər
Aynur Camalqızıdan SƏRT SÖZLƏR: Biz nə etsək, onların xoşuna gəlməyəcək, çünki...
"Ermənistandakı rusdilli və ingilisdilli mediaya nəzər salsaq görərik ki, son iki ay ərzində orada Yeqiazaryanın aclıq aksiyası ilə bağlı demək olar ki, heç bir məlumat yoxdur”.
Publika.az xəbər verir ki, bunu "Sherg.az”a açıqlamasında "Teleqraf Holdinq”in baş direktoru Aynur Camalqızı deyib.
Baş direktor bildirib ki, şəxsən özü bununla bağlı araşdırma aparıb və bu yöndə tutarlı bir informasiyaya rast gəlməyib:
"Bu, ondan xəbər verir ki, Ermənistanda bütün media orqanları Paşinyan hakimiyyətinin inhisarı altındadır. Paşinyanın əleyhinə olan məlumatları onun icazəsi olmadan hansısa mətbu orqanın dərc etmək, yaymaq ixtiyarı yoxdur. Qərbin xeyir-duası ilə hakimiyyətə gələn Paşinyan ölkədə demokratik dəyərləri gözardı edərək sözün əsl mənasında, diktatura rejimi bərqərar edib:
“Paşinyan onun əleyhinə çıxan, onu qəbul etməyən, onu müdafiə etməyən hər kəsi qaralayır, gözdən salır, həbsxanaya yollayır.
Onun özündən əvvəlki hakimiyyət nümayəndələrinin başına korrupsiya adı altında hansı oyunları gətirdiyini də görürük. Demək olar ki, yeni hökumət qisasçılıqla məşğuldur və başı özündən əvvəlkilərdən intiqam almağa qarışıb. Xatırlayırsınızsa, Paşinyan hakimiyyətə gələndə vəd vermişdi ki, ölkədə korrupsiyanın kökünü kəsəcək. Korrupsiya ilə mübarizə adı altında köhnə məmurları həbsxanaya doldurur. Ancaq öz komandası daha qızğın şəkildə rüşvətxorluqla məşğul olur. Faktiki olaraq yeni hakimiyyət iqtisadi problemləri həll etmək, islahatlar həyata keçirmək əvəzinə, Ermənistanı səfil gününə salmaqdadır.
Belə bir şəraitdə Paşinyanı müdafiə etməyən, onun əleyhinə məqalələr yazan Yeqiazaryanın həbsxanada aclıq aksiyası keçirməsi, daha sonra xəstəxanada dünyasını dəyişməsi kifayət qədər məntiqlidir. Bu cür də olmalı idi. Çünki Ermənistandakı rejim məhz bunu diktə edir.
Söhbət ondan gedir ki, Yeqiazaryan siyasətçi, bir partiya rəhbəri olmaqla yanaşı, həm də jurnalist idi. Özünün rəhbərlik etdiyi sayt var idi və Paşinyanın əleyhinə yazdığı yazılara görə həbs olunmuşdu. Demək ki, Ermənistanda bir jurnalist rejimin əli ilə öldürülüb, qətl edilib. Yəni Yeqiazaryanın qətli, həm də Ermənistanda demokratiyanın qətli deməkdir. Son iki ayda Ermənistanda Yeqiazaryanla bağlı baş verənlər bunun təsdiqidir”.
A.Camalqızı qeyd edib ki, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı səsini çıxarmır:
"Mehman Hüseynov isə siyasi fəaliyyətinə görə həbs edilməmişdi. Biz onu heç vaxt peşəkar jurnalist adlandıra bilmərik. Amma Yeqiazaryan məhz peşəkar jurnalist idi. Ancaq fərqə baxın, Mehman Hüseynovun üzərində bir şou düzənlədilər. Gah dedilər ki, o, həbsxanada aclıq aksiyası keçirir, səhhətində problemlər var, gah da dedilər aclıqdan öləcək və s. Hüquq müdafiəçilərimiz ona baş çəkdilər, daha sonra Ombudsman və Avropa ölkələrinin ölkəmizdəki diplomatik nümayəndələri Mehman Hüseynovla maraqlandılar. Yayılan fotolardan da aydın oldu ki, M.Hüseynovun sağlıq durumu qaydasındadır, hətta azadlıqda olduğu vaxtdan daha yaxşıdır. Bu zaman onun tərəfdarları, qardaşı Emin Hüseynov, radikal müxalifətin bəzi nümayəndələri, yəni şounun təşkilatçıları başladılar ki, "bəs, Mehman Hüseynov süd məhsulları ilə aclıq aksiyası keçirir”. Həddindən artıq gülünc bir vəziyyət idi. Çünki dünyada süd məhsulları ilə aclıq keçirilməsi halı indiyədək olmayıb. Bu, olsa-olsa, pəhriz ola bilər. Avropa Parlamenti nə etdi? Məsələ müzakirəyə çıxarıldı, parlamentarilər Azərbaycanın əleyhinə qətnamə qəbul etdilər. İnanın, həddindən artıq təəccüblü, heyrətamiz, hətta ağlamalı situasiyadır.
Niyə Ermənistanda baş verən hadisələrə susqunluqla yanaşılır, heç bir kəskin reaksiya yoxdur, amma Azərbaycanla bağlı qarışqadan fil düzəldərək müzakirəyə çıxarırlar? Bunun səbəbi nədir? Ermənistanda ölən Yeqiazaryan insan deyil, jurnalist deyil, onun haqqı-hüququ yoxdur? Sadəcə olaraq, bu, Qərbin ikiüzlülüyü, saxtakarlığıdır, Avropanın demokratiya adı altında millətlərə, dövlətlərə fərqli standartlarla yanaşmasıdır”.
Baş direktorun fikrincə, heç şübhəsiz burada erməni lobbisinin də rolu var:
"Avropa Parlamentində dinləmələr zamanı əsas çıxış edən deputatlar Sorosla yaxınlığı ilə seçilən şəxslər idi. Sorosun Azərbaycan dövlətinə münasibəti ortadadır. Yəni bundan sonra Avropada və Qərbdə hansısa mütərəqqi dəyərlərdən danışmaq mənasız və yersizdir. Çünki biz nə etsək, Avropanın xoşuna gəlməyəcək. Çünki erməni deyilik, xristian deyilik. Çünki Azərbaycan regionda sürətlə inkişaf edən bir dövlətdir. Bu, nə erməni lobbi təşkilatlarının, nə də anti-Azərbaycan qüvvələrin xoşuna gəlir.
Əminliklə deyirəm ki, avropalıları hansısa ədalətsizlik, haqsızlıq narahat etmir. Əgər haqq-ədalət olsaydı, Avropa Parlamenti həqiqətən də bir gəncin taleyindən narahat olduğuna görə dinləmələr keçirsəydi, o zaman həmin deputatlar bilməli idilər ki, Ermənistanda da həbsxanada bir jurnalist aclıq aksiyası keçirir və ölüm ayağındadır. Təsəvvür edin, yanvarın 17-də Avropa Parlamentində Azərbaycanla bağlı məlum müzakirələr keçiriləndə Yeqiazaryanın aclıq aksiyasının artıq 44-cü günü idi. Onun səhhətində çox ciddi problemlər yaranmışdı. 52 gün ərzində heç bir beynəlxalq təşkilatın vecinə də olmadı ki, Ermənistanda nə baş verir. Məncə, bu, artıq sözün bitdiyi yerdir”.
-
İdman19:00
Azərbaycanda saxlanılan futbolçuların adları AÇIQLANDI
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR