Nida Xəbər
Əli Əsədov Qazaxıstana təşəkkür etdi
Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının Bakıdakı səfirliyində olub.
Nazirlər Kabinetindən Publika.az-a bildirilib ki, Ə.Əsədov Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.
Baş nazir Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə söhbət edib.
Ə.Əsədov və A.Bayel Azərbaycan və Qazaxıstan xalqları üçün bu çətin və kədərli məqamda bir-birilərinə, həlak olan şəxslərin ailələrinə başsağlıqlarını ifadə ediblər, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ reaksiyaya, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyinə görə Qazaxıstan hökumətinə bir daha minnətdarlıq ifadə olunub.
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi

































.jpg)
.jpg)
