Dünya
Əsədin qohumları saxta pasportlarlarla Livanı tərk etmək istəyərkən saxlanıldı
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı saxta pasportlarla ölkəni tərk etmək istəyərkən Livan təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Livanın “An-Nahar” qəzeti məlumat yayıb.
Məlumata görə, onlar Beyrut beynəlxalq hava limanında saxlanılıb.
“Cümə günü Livan məhkəməsi Dureyd Əsədin həyat yoldaşı və qızının həbsinə qərar verib. Qeyd edək ki, Dureyd Əsəd devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur”, - nəşr yazır.
Qeyd edək ki, bundan əvvəl Livanın hüquq-mühafizə orqanları yüksək rütbəli siyasətçilərin və Suriyanın keçmiş rəhbərliyinin nümayəndələrinin Livan ərazisində olması ilə bağlı məlumatları rəsmən təkzib etmişdilər.
Ləman
-
Dünya10:12Barrotun Ankaraya qaçaraq səfəri: Fransa nəyə ümid edir?
-
Nida Xəbər 09:36Azərbaycan Ermənistana bu məhsulu da satacaq: Aleksanyan alır
-
Nida Xəbər 09:30DTX səfirliyə planlaşdırılan terror hücumunun qarşısını aldı - XÜSUSİ ƏMƏLİYYAT
-
ABŞ08:37ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 30-a çatdı - YENİLƏNDİ
-
Elm və təhsil07:55Bu gündən məktəblərdə qış tətili başladı
-
ABŞ03:44Bizim İranın yaxınlığında böyük armadamız var - Tramp
-
İdman03:18Tarixə düşdü: Ronaldo və Benzemanın rekordlarını qırdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır


















.jpg)



.jpg)













