Nida Xəbər
Millət vəkilindən SOS: Onlar ölkəni keyfiyyətsiz malların satış poliqonuna çevirirlər
“Son vaxtlar Strateji Yol xəritəsindən irəli gələrək
hökumət siyasətində islahat xarakterli tədbirlər
sürətləndirilib”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Əli
Məsimli Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı
deyib.
Millət vəkili bildirib ki, ən əhəmiyyətli məsələ odur ki,
Prezidentin təşəbbüsü ilə sosial layihələr irəli sürülür:
“Bununla əlaqədar olaraq qanunvericilik planından əlavə yeni
sənədlər, layihələr qəbul ediləcək. Strateji yol xətirəsindən
gündəmə gələn bəzi məsələlər isə hələ də həllini tapmayıb. 2018-ci
ilə qədər banklarla bağlı islahatlar yekunlaşmalı idi. Lakin
Beynəxlalq Bank istisna olmaqla ciddi addım atılmayıb. Bu
islahatların başlıca şərti problemli kreditlər məsələsinin həll
edilməsidir. Problemli kreditlər kredit portfelinin 14 faizinə
yaxınlaşıb, bu, kritik həddən çoxdur. 300-400 manat maaş alanlar
onun böyük bir hissəsini kredit ödəməyə yönəldir. Yerdə qalan
vəsait 2019-cu il dövlət büdcəsində müəyyən edilmiş yaşayış
minimumundan aşağı olur”.
Millət vəkili onu da vurğulayıb ki, Prezidentin təşəbbüsü ilə
yoxlamaların dayandırılması sahibkarlığın inkişafı üçün son dərəcə
vacib addımdır:
“Bu qərardan sonra yoxlamalar min dəfə azaldı. Bu, sahibkarlığın
inkişafı üçün böyük rol oynadı, lakin bundan sui-istifadə edənlər
var. Onlar ölkəni keyfiyyətsiz malların satış poliqonuna
çevirirlər. Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu
problemin həlli üçün dəstək ola bilər. Buna görə də Qida
Təhlükəsizliyi Agentliyinin hüquq bazası əsasında fəaliyyəti üçün
qanunvercilik bazasının hazırlanmasını vacib hesab edirəm”.
Gülxar
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?