Nida Xəbər
Hərbi xidmətə çağırışda YENİLİK - Bundan sonra...
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna
dəyişiklik edilməsi məsələsi təklif olunur.
Publika.az xəbər verir ki, qanun layihəsi barədə
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məlumat
verib.
Onun sözlərinə görə, qanunun 6.4.1-ci maddəsinə edilən əlavəyə
görə, 15 yaşı tamam olmuş şəxslərdən ilkin hərbi qeydiyyata
alınarkən doğum haqqında sənədin elektron informasiya sistemindən
əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd tələb
olunmayacaq.
Xatırladaq ki, qanunun 6.1-ci maddəsi hər il yanvar-mart ayları
ərzində həmin il 15 yaşı tamam olan Azərbaycanın kişi cinsli
vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və
bölmələrində ilkin hərbi qeydiyyata alınmalarını nəzərdə tutur.
Həmin vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi
Xidmətə Çağırıış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və
bölmələrinin fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə həmin
qurumlara gəlməli və bir sıra sənədləri təqdim etməlidirlər. Həmin
sənədlərdən biri də 6.4.1-ci maddədə nəzərdə tutulmuş doğum
haqqında şəhadətnamədir. Doğum haqqında şəhadətnamə ilə bağlı
məlumatlar isə Ədliyyə Nazirliyinin elektron informasiya sistemində
yerləşdirilib. Bu qurum da həmin sistemə inteqrasiya olunub.
Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək,
dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif
olunur.
Gülxar
-
Sosial12:12
Mübariz İbrahimovun atası vəfat etdi
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI