Nida Xəbər
Nazir Gəncədə tarixi abidələrə baxış keçirdi
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 7-də Gəncə şəhərində olub.
Publika.az xəbər verir ki, nazir Əbülfəs Qarayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin qədim tarix-memarlıq abidələri olan Şah Abbas və Uğurlu xan karvansaraylarında aparılan əsaslı təmir-bərpa və yenidənqurma ilə əlaqədar son tamamlama işləri ilə tanış olublar.
Sonra nazir və şəhərin icra başçısı F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gəliblər. Burada yeni yaradılmış Urban Mərkəzi barədə nazirə məlumat verilib. Əbülfəs Qarayev Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən musiqi kollektivlərinin fəaliyyəti ilə də maraqlanıb, kollektivlərin çıxışını izləyib.
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Kamera orkestrinin, Xalq çalğı alətləri orkestrinin və yeni yaradılmış Uşaq rəqs ansamblının, “Xəmsə” estrada ansamblının və xor kollektivinin fəaliyyəti barədə məlumat verilib.
Mədəniyyət naziri və şəhər İcra Hakimiyyətinin başçısı daha sonra Gəncə çayının sağ sahilində Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası ilə əlaqədar görülən işlərlə tanış olublar.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi