“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxs saxlanıldı
Bizi izləyin

Nida Xəbər

“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxs saxlanıldı

Polis əməkdaşalrı tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.

Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd bəzgək quşu aşkar edilərək götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kürdmaşı kənd sakinləri Q.Hüseynov və T.Xəlilovdan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-63” markalı tüfənglər, habelə ovladıqları 2 ədəd dovşan aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm