Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişəcək bir layihədir
Bizi izləyin

Nida Xəbər

Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişəcək bir layihədir

“Bu gün Azərbaycan əbəs yerə beynəlxalq aləmdə “sabitlik adası” adlandırılmır. Son illərdə dünyanın siyasi mənzərəsinə nəzər yetirsək, kifayət qədər mürəkkəb proseslərin getdiyinin şahidi olarıq. Bütün bunlara baxmayaraq ölkəmiz uzun illərdir ki, öz inkişaf dinamikasını qoruyub saxlayır, xarici sərmayədarlar üçün etibarlı tərəfdaş rolunda çıxış edir”.

Publika.az xəbər verir ki, bunu Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısını şərh edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

“Təbii ki, bu uğurların kökündə Heydər Əliyev ideyaları dayanır. Məhz 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” dünyanın nüfuzlu xarici şirkətlərini Azərbaycana topladı və uğurlu işbirliyinin əsasını qoydu. Elə o vaxtdan başlayaraq dünya birliyi ölkəmizin inverstiya yatırmaq üçün əlverişli məkan olduğunu gördü. Zaman keçdikcə bu işbirliyi daha da möhkəmləndi, regiona və dünyaya sülh və təhlükəsizlik, ən əsası inkişaf və böyük gəlirlər vəd edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələr işə düşdü. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində xarici sərmayədarların ölkəmizə olan inam və etibarı daha da artıb, mövcud əməkdaşlıq şəxaləndirilib. 2014-cü ildə təməli qoyulan, 2018-ci ildə möhtəşəm açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi meqalayihəsi bunun əyani sübutudur. Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu və digər məsələlərə toxunub, neftdən gələn gəlirlərin iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəldirildiyini bildirib. “Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq” deyən ölkəmizin başçısı neft-qaz sektorunun önəmini vurğulayıb”, - baş redaktor bildirib.

Rəhimzadə qeyd edib ki, Cənub Qaz Dəhlizi ölkəmizin əməkdaşlıq imkanlarını daha da artıracaq, Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq: “Möhtərəm Prezidentimizin vurğuladığı kimi, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir və enerji resurslarının şaxələndirilməsi bütün iştirakçı ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi Avropa üçün yeni mənbə olmaqla yanaşı, həm də etibarlı və təhlükəsizdir. Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişəcək bir layihədir. Hesab edirəm ki, gələcəkdə bu layihəyə qoşulmaq istəyən ölkələrin sayı daha da artacaq”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Azərbaycan Prezidentinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında səsləndirdiyi fikirlər ölkəmizə olan inamı daha da artırır: “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Təbii ki, enerji təhlükəsizliyi olmadan hansısa milli təhlükəsizlikdən danışmaq çətindir. “Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq” deyən ölkəmizin başçısı tərəfdaş ölkələri əmin edib ki, Cənub Qaz Dəhlizi etibarlı layihədir. Hesab edirəm ki, ölkəmizin dünya miqyasında nüfuzunu, çəkisini artıran amillərdən biri də məhz budur. Azərbaycan hər zaman verilən vədləri yerinə yetirir, möcuzə kimi görünən layihələri gerçəkləşdirir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm