Romada Şura Yığıncağı keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Romada Şura Yığıncağı keçirildi - FOTO

Bu gün İtaliyanın paytaxtı Romada ACRE-nin (Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı) növbəti Şura Yığıncağı və La Convenzione Blu (Mavi Konvensiya) konfransı keçirilib.

Publika.az xəbər verir ki, Şura Yığıncağında və konfransda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını (BAXCP) beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Məmmədov təmsil edib.

Şura Yığıncağı toplantı gündəliyinin qəbul ollunması ilə başlayıb. Daha sonra ACRE prezidenti və Avropa Parlamentinin deputatı Jan Zahradil 2018-ci il ərzində Alyansın fəaliyyəti və həyata keçirdiyi beynəlxalq layihələr barədə toplantı iştirakçılarına hesabat təqdim edib. Şura Yığıncağı zamanı Avropa Parlamentinim İtaliyadan olan deputatı Raffaele Fitto və Slovakiyanın Bratislava şəhərinin meri Juraj Droba ACRE-nin Şura üzvlüyünə təyin olunublar. Eyni zamanda İtaliyanın Fratelli D’Italia partiyası, Kosovanın Demokratik Partiyası, Bolqarıstanın VRMO (Bolqarıstan Milli Hərəkatı), Şimali Makedoniyanın MMBDP (Makedoniyanın Milli Birliyi naminə Demokratik Partiya) və Serbiyanın Enough is Enough (Kifayətdir) partiyası ACRE üzvlüyünə qəbul olunublar. Şura toplantısı zamanı daha 5 partiyanın - Niderlandın Demokratiya üçün Forum partiyası, İsveçın Demokratik Partiyası, Fransanın Debout La France partiyası, İspaniyanın VOX partiyası və Bolqarıstanın ATAKA partiyasının ACRE üzvlüyünə namizədlikləri təsdiqlənib. Şura Yığıncağında alyansın may ayında baş tutacaq Avropa Parlamenti seçkilərinə hazırlığı barədə təqdimat olub və ACRE strukturuna daxil olan təşkilatların hesabatları dinlənilib. Tədbirin sonunda Fratelli D’Italia partiyasının prezidenti xanım Georgia Meloni çıxış edib və növbəti sammitin 26 iyunda Brüsseldə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

ACRE-nin Şura Yığıncağından sonra ACRE-in qadın hərəkatı olan ACRE Women’s Movement toplantısı və La Convenzione Blu konfransı keçirilib. Konfransın əsas mövzuları Avropada son illərdə müşahidə olunan miqrasiya böhranı, Avropa İttifaqında təhlükəsizlik və mühafizə məsələləri olub. Tədbir zamanı İtaliyalı deputat Georgia Meloni, ACRE prezidenti Jan Zahradil, Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun vitse-prezidenti Raffaele Fitto və Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun vitse-prezidenti Ryszard Legutko çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm