Erməni nazirdən MÜHARİBƏ BƏYANATI: Hücuma keçə bilərik
Bizi izləyin

Nida Xəbər

Erməni nazirdən MÜHARİBƏ BƏYANATI: Hücuma keçə bilərik

Azərbaycan Ordusunun qüdrətini dəfələrlə etiraf etməyə məcbur olan Ermənistandan növbəti gülünc bəyanat səsləndirilib.

Publika.az xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonoyan İctimai televiziyaya müsahibəsində hücum silahları əldə etdiklərini və müdafiə mövqelərində qalmağa hazırlaşmadıqlarını bildirib.

“Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq”, - erməni nazir deyib.

Jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına Tonoyan “niyə də yox” cavabını verib.

Rusiyanın verəcəyi 100 milyon dollar kreditlə hansı silahların alınacağına gəlincə, müdafiə naziri bunu “sirr” adlandırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm