Nida Xəbər
Milli Məclisin komitə sədri Fransaya gedir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun komitə iclaslarında iştirak etmək üçün fevralın 27-də Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşəcək.
Publika.az-ın məlumatına görə, hüquqi məsələlər və insan hüquqları Komitəsində “Çirkli pulların yuyulmasına qarşı mübarizə” mövzusunda məruzə dinləniləcək. Avropa Şurasına üzv dövlətlərdə QHT-lərin fəaliyyəti, insan hüquqları ilə bağlı alt komitənin Helsinkidə keçirilmiş iclası, Mərakeş parlamenti ilə demokratik səviyyədə əməkdaşlıq və s. barədə fikir mübadiləsi aparılacaq. Avropada insanların narkotikdən yayındırılması məqsədilə aparılan hüquqi maarifləndirməyə dair ilkin təlim keçiriləcək.
Siyasi işlər və demokratiya Komitəsinin iclasında “AŞ PA-nın rolu və missiyası” məsələsi gündəmdə olacaq. “Davamlı inkişaf - 2030” proqramı çərçivəsində BMT ilə əməkdaşlığa nəzər salınacaq. Suriyadakı vəziyyət və onun qonşu dövlətlərə təsiri müzakirə olunacaq. Beynəlxalq terrorizmlə bağlı bu ilin aprelində Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan konfransla bağlı fikir mübadiləsi aparılacaq.
İclaslarda deputatımız müzakirəyə çıxarılan bu və digər məsələlərə münasibətdə Azərbaycanın mövqeyini ifadə edəcək.
Səfər martın 6-da başa çatacaq.
-
Magazin123:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin120:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO
-
İKT20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ