Nida Xəbər
Deputat: Bu addımlar sosial siyasətin kompleks tədbirlərdən ibarət olduğunu isbatlayır
Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fərmanları və qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, 12 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manata artırılması, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqının 38 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, həmçinin minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut edir.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti sosial tədbirlərin davam etdirilməsi məqsədilə müvafiq addımların atılması üçün tapşırıqlar da verib: “Məsələn, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu problemlə də əlaqədar cənab Prezident xüsusi həssaslıq nümayiş etdirmiş və bu məsələnin də vətəndaşların xeyrinə həll edilməsi üçün müvafiq göstərişlər vermişdir. Əminəm ki, bu problem də qısa zaman ərzində həllini tapacaq”.
S.Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən atılan addımlar, görülən işlər Azərbaycanda həyata keçirilən sosial siyasətin sistemli, düşünülmüş kompleks tədbirlərdən ibarət olduğunu bir daha isbatlayır.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."