• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Tahir Salahov: Baş rəssam vəzifələrini də təsis etmək lazımdır

Tahir Salahov: Baş rəssam vəzifələrini də təsis etmək lazımdır

Baş memar vəzifələri ilə bərabər, baş rəssam vəzifələrini də təsis etmək lazımdır.

Bunu Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

T.Salahov qeyd edib: "Bu gün Azərbaycanın yüksək mədəniyyət ulduzları arasında olduğuma görə çox həyəcanlıyam. Sizin bu gün bizi toplamağınız mənim üçün tarixi gündür. Odur ki, çox xoşbəxtəm. Şadam ki, noyabrın 29-da Moskvada məni telefon zəngi yuxudan oyatdı və mən İlham Heydər oğlunun səsini eşitdim. İlham Heydər oğlu məni yubiley münasibətilə təbrik etdi. Mən dedim: “Bəs nə üçün belə erkən, məgər işdəsiniz?”. O isə mənə cavab verdi: “Tahir, mən birinci olmaq istədim”. Mən bu təbrikə görə Sizə çox minnətdaram. Bu, bizə - yaradıcı mədəniyyət xadimlərinə böyük stimul verir. Odur ki, Sizin mükafat barədə xəbəriniz, - Siz ilk dəfə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltifetmə barədə Sərəncam verdiniz, - böyük xoşbəxtlikdir və mənim yaradıcı əməyimə böyük hörmətdir. Mehriban xanım, təbrikinizə və aldığım hədiyyələrə görə çox sağ olun, çox minnətdaram.

Mən demək istəyirəm ki, Sizin Ekspo Mərkəzində sərgimə gəlməyiniz də məni xoşbəxt etdi. Mən bəlkə də ilk dəfə hansısa qanunları pozdum. Hər halda Ekspo Mərkəzində öz işlərimi göstərmək istəyirdim".

Xalq rəssamı bildirib ki, tamaşaçılarla ünsiyyətin yeni formalarını tapmaq lazımdır, öz yaradıcılığını nümayiş etdirmək üçün hansısa yeni cəhətlər tapmaq lazımdır: "Siz ailəvi gəldiniz. Leyla xanım da valideynləri ilə birlikdə gəldi. O da yaradıcılıqla məşğul olur və Azərbaycan mədəniyyətinin, təsviri sənətinin inkişafında müəyyən yer tutur. Bu da böyük xoşbəxtlikdir. Düşünürəm ki, bu gün və qarşıdan gələn görüşdə biz mədəniyyətimizin, bütün növlərin və janrların məqsəd və vəzifələrini uzun illər irəlicədən müəyyən etməli, planlaşdırmalıyıq. Çünki əsərin ərsəyə gəlməsi vaxt tələb edir. Siz də bilirsiniz ki, vaxt sürətlə ötüb keçir. Odur ki, əgər prezident seçkiləri gedirsə, mədəniyyətimizin inkişafını da dərhal Prezidentlə birlikdə uzun illər üçün planlaşdırmalıyıq. Gələcəkdə mədəniyyətimizin simasını müəyyən edəcək möhtəşəm əsərləri bu illər ərzində, 5-6 ildə yaratmaq üçün bizi hansı tarixlər, hansı hadisələr, hansı işlər narahat edir.

Mən demək istəyirəm ki, Heydər Əlirza oğlu mədəni həyatımızda fəal iştirak edirdi, özü də təkcə bizim deyil, bütün Sovet İttifaqının mədəni həyatında da. O, bununla çox məqsədyönlü şəkildə məşğul olurdu. O dövrdə o, Sovet İttifaqında 19 istiqaməti idarə edirdi və bütün Sovet İttifaqının mədəniyyətinin simasını müəyyənləşdirirdi. Yaradıcılıq ittifaqlarına və yaradıcılıq növlərinə dair bir çox qərarlar verilmişdi. Tretyakov Qalereyasının və keçmiş Sovet İttifaqının bir çox müəssisələrinin təmirinə külli miqdarda vəsait xərclənmişdi. O, burada, Azərbaycanda da bunu edirdi və bu işlər yüksək səviyyədə görülürdü".

T.Salahov əlavə edib: "Bizim İncəsənət Universitetimiz, Rəssamlıq Akademiyamız var. Bu illər ərzində həmin təhsil ocaqlarını çoxlu sayda gənc rəssam bitirib. İncəsənət Universiteti ildə 60 məzun, Rəssamlıq Akademiyası isə 150 məzun buraxır.

Onlar istedadlı, bacarıqlı gənclərdir, çox böyük təşəbbüsləri var. Mən nə arzu edə bilərəm? Qoy, onların əməyindən bütün Azərbaycan faydalansın".

O vurğulayıb ki, baş memar vəzifələri ilə bərabər, baş rəssam vəzifələrini də təsis etmək lazımdır: "Təkcə mərkəzdə - Bakıda və böyük şəhərlərdə deyil, regionlarda da. Bu, çox gözəl olardı. Heydər Əlirza oğlu həmişə arxitektura ilə təsviri sənətin sintezindən danışırdı. Məncə, təkcə eksteryerdə deyil, interyerdə də arxitektura ilə təsviri sənətin vəhdəti çox gözəl olardı və rəssamın əməyini qiymətləndirməyə imkan verərdi. Bu, çox gözəl olardı. Mən təklif və xahiş edirəm ki, hər il, yaxud iki ildən bir respublika sərgiləri keçirilsin. Təkcə Bakıda deyil, həm də Azərbaycanın bütün regionlarında təsviri sənət və memarlıq festivalları və baxışları, fərdi sərgilər, bir çox digər sərgilər təşkil olunsun. Mən beynəlxalq səviyyəli rəssamların və münsiflər heyətinin iştirakı ilə beynəlxalq biennale keçirilməsini də təklif edirəm. Bilirsiniz, bu, musiqi mədəniyyətində olduğu kimi – Qəbələdə keçirilən festivallar kimi, təsviri sənətimizin, mədəniyyətimizin nüfuzunu yüksəldərdi. Bu, çox gözəl olardı".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR