Dövlət başçısı hər zaman vətəndaşının yanındadır - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

Dövlət başçısı hər zaman vətəndaşının yanındadır - Millət vəkili

“Ölkədə təbii fəlakətlər – zəlzələ, Kür çayındakı daşqın zamanı Prezident İlham Əliyev hər zaman insanların yanında olub. Onun dəstəyi ilə insanların dağılmış evləri bərpa edilib. Bu günlərdə “Diqlas” ticarət mərkəzində baş verən yanğından sonra da oxşar addım atıldı”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov "Diqlas" ticarət mərkəzində baş verən yanğın nəticəsində sahibkarlara dövlət tərəfindən maddi yardımın ayrılması ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, vətəndaşlarımız çətinliyə düşəndə hər zaman Prezident İlham Əliyevin dəstəyini hiss edib:

“Ticarət mərkəzində baş verən yanğın nəticəsində orada çalışan çoxsaylı sahibkarlara ziyan dəyib. Bu ziyan həmin insanların durumunu pisləşdirib, onlar ümidsiz hala düşmüşdülər. Bu gün isə Cənab Prezident müvafiq qurumları bir yerə toplayaraq iclas keçirdi. Müşavirədə aidiyyəti qurumlara həmin insanlara dəstək olmalarını tapşırdı. Bu bir daha onu göstərir ki, dövlət başçısı hər zaman vətəndaşının yanındadır, vətəndaşın maddi vəziyyətinin yaxşılaşması istiqamətində çalışır. Qanun çərçivəsində dövlətin bu halda sahibkarlara yardım etmək kimi bir vəzifəsi yox idi. Çünki qanunvericiliyə görə, hər bir sahibkar öz əmlakını sığortalamalıdır, hər hansı fəlakət zamanı dəymiş ziyan da sığorta şirkəti tərəfindən ödənilməlidir. Təəssüf ki, sahibkarlarımız bu istiqamətdə addım atmır, belə hallar baş verəndə də çarəsiz hala düşürlər. Bütün bunlara baxmayaraq, ölkə başçısı humanist addım atdı. Qısa zamanda hadisənin baş vermə səbəbləri araşdırılacaq, günahkar insanlar cəzalandırılacaq. Zərərçəkmiş insanlara dövlət tərəfindən maddi yardım göstəriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm