Nida Xəbər
I vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır.
Bunu Azərbaycan Birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Emin Hüseynov ABŞ-Azərbaycan Ticarət-Sənaye Palatasının (USACC) görüşü zamanı deyib.
E.Hüseynov USACC üzvlərini və tərəfdaşlarını Azərbaycanda davam edən iqtisadi və institusional islahatlar barədə məlumatlandırıb. O bildirib ki, biznes sahəsində, normativ və institusional islahatlar sayəsində Azərbaycan Dünya Bankının “Doing Business 2019” reytinqində 25-ci yerdə qərarlaşıb və 190 ölkə arasında aparıcı islahatçılardan biri olub.
ABŞ və Azərbaycan arasında ikitərəfli ticari-işgüzar münasibətlər barədə danışan E.Hüseynov vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır. O qeyd edib ki, ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyaları 10 milyard dollar, Azərbaycanın ABŞ-a birbaşa investisiyaları 7,6 milyard dollar təşkil edib.
E.Hüseynov aprelin 4-də Çikaqoda USACC və İllinoys Ticarət Palatasının təşkil etdiyi İllinoys-Azərbaycan birinci kənd təsərrüfatı forumunun Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı üçün əhəmiyyətini yüksək qiymətləndirib.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər