Nida Xəbər
Məleykə Abbaszadə imtahan şərtlərindəki dəyişikliklərə aydınlıq gətirdi
“Qabiliyyət imtahanlarının şərtlərində edilən dəyişikliklər xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda müsabiqə vəziyyətinin yüksəldilməsinə, yəni öz ərizələrində həmin ixtisasları göstərənlərin sayının artmasına müsbət təsir göstərəcək”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Xüsusi qabiliyyət imtahanları” jurnalının ön sözündə yazıb.
O qeyd edib ki, bu, seçimin keyfiyyətinin artmasının ən mühüm amilidir: “Nəzərə almaq lazımdır ki, daha layiqli, daha bilikli və daha istedadlıların seçilməsi yalnız müsabiqə vəziyyəti yüksək, seçim imkanları geniş olduğu halda mümkündür”.
M.Abbaszadə vurğulayıb ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə seçimi ali təhsil müəssisələrinin qəbul işinin tərkib hissəsidir: “Dövlət İmtahan Mərkəzi bu ixtisasları seçən abituriyentlərə səmərəli elmi-metodik kömək göstərilməsini, qabiliyyət imtahanlarının keçirilməsi qaydalarının təkmilləşdirilməsini həmişə diqqət mərkəzində saxlayır. Abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edərək həmin qrupa aid xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, II, və ya IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilərlər”.
Qeyd edək ki, DİM 2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı