Yankauskas: Qlobal çağırışların mövcud olduğu dünyada birgə işləmək mütləqdir
Bizi izləyin

Nida Xəbər

Yankauskas: Qlobal çağırışların mövcud olduğu dünyada birgə işləmək mütləqdir

"Qlobal çağırışların mövcud olduğu dünyada birgə işləmək mütləqdir. Bu gün Avropa durmadan inkişaf edir. Azərbaycanda da uğurlu xarici siyasət yürüdülür".

Publika.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı qeyd edib.

Yankauskas vurğulayıb ki, Avropa İttifaqı təhlükəsizlik sahəsində bir çox missiyalar həyata keçirir: "Bizim qurum təsis olunduqdan sonra ən böyük sülh dövrünü yaşayıb. Buna səbəb müxtəlif dövlətlərin bir-birinə olan maraqlarıdır. Bu da bizim üçün vacibdir. Çünki yaradılan sabitlik münaqişənin qarşısını alır".

O, həmçinin qeyd edib ki, bu il "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi qeyd olunacaq: "Azərbaycan da bu proqramın üzvüdür. Bilirik ki, təhlüksəzilik, müstəqillik və ərazi bütövlüyü partnyorlarımız üçün önəmlidir. Avropa İttifaqı qloballaşan dünyada bütün əməkdaşlarını bundan sonra da birgə fəaliyyətə dəvət edir."

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm