Nida Xəbər
Komitə sədri: Azərbaycan multikulturalizmi mayak kimi işıq saçır
Bəşəriyyət artıq elə bir mərhələyə qədəm qoyub ki, biz multikultural dəyərlərin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edirik.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, multikultural dəyərlər yeni ideyalar deyil:
"Xüsusilə son dövrlər bəzi siyasətçilər multikultural dəyərlərin müasir dövr üçün əlverişli olmadığı fikrini təlqin edirdilər. Lakin multikultural dəyərlərin gün keçdikcə əhəmiyyəti artır".
M.Qurbanlı qeyd edib ki, bu gün ölkədə 2500-dən çox məscid, 33 qeyri-müsəlman dini icması var.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla isə bildirib ki, Azərbaycanda bütün milli azlıqlar özlərini rahat hiss edir: "Bu siyasi xətt Azərbaycan dövlətinin əsas hədəflərindən biridir. Azərbaycan multikulturalizmi barədə çox danışmaq olar. Azərbaycan multikulturalizmi ölkəmiz haqqında təsəvvürü olmayan insanlar üçün belə mayak kimi işıq saçır".
-
Nida Xəbər 18:30
Zakir Həsənova yeni müavin təyin edildi - FOTO
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"