"İslama qarşı kampaniya aparılır" - Prezidentin köməkçisi
Bizi izləyin

Nida Xəbər

"İslama qarşı kampaniya aparılır" - Prezidentin köməkçisi

"Bugünkü toplantıda ermənilərin bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycanın mədəniyyət, dini obyektlərinin dağıdılması və bunun nəticələrinin bütün regionda və dünyada nümayiş etdirilməsi məsələsi gündəm idi".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Türk Şurası media və informasiya üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin 2-ci toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.

“Toplantıda təklif etdik ki, bir-birimizə dəstək olaq. Yəni Türk Şurasını təmsil edən dövlətlərin televiziyaları və aparıcı informasiya agentlikləri qarşılıqlı şəkildə dəvət olunan dövlətin bu problemlərini dəstəkləsin. Digər məsələlər də müzakirə olundu. Məsələn, ortaq televiziyanın yaradılması məsələsi gündəmdədir. Bu məsələ 2015-ci ildən müzakirə olunur, amma müəyyən problem və çətinliklər var. Çünki ortaq dil müəyyən olunmalıdır ki, ortaq dildə televiziya yayımlansın. Mövcud türk dili və yaxud daha uyğunlaşdırılmış bir dil ortaq dil ola bilər”, - o qeyd edib.

Ə.Həsənov bildirib ki, təkcə türk dünyasına yox, ümumilikdə islam dünyasına olan yanlış yanaşmanın dəyişdirilməsi məsələsi də müzakirə mövzusudur:

“Bilirsiniz ki, islama qarşı kampaniya aparılır. İslam dövlətləri və xalqları terrorla eyniləşdirilir, onların mədəniyyəti, dəyərləri inkar olunur. Bax, biz bu məsələni də qaldırmışıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm