Deputatlar rüsumlara qarşı - Qüdrət Həsənquliyevin təklifi dəstəkləndi
Bizi izləyin

Nida Xəbər

Deputatlar rüsumlara qarşı - Qüdrət Həsənquliyevin təklifi dəstəkləndi

“Dövlət rüsumu haqqında” qanunun 32.1.1-ci maddəsində qeyd edilir ki, məktəbəqədər təhsil müəssisələri üçün 3 min manat, 32.1.2-də ümumtəhsil müəssisələri və 32.1.3-də bir daha qeyd edilir ki, məktəbdənkənar təhsil müəssisələri üçün lisenziya 7 min manatdır. Ancaq biz Vergilər Məcəlləsinə əlavə və dəyişikliklər etdik. Bilirik ki, Azərbaycanda birinci sinfə gedən şagirdlərin hamısı məktəbəqədər təhsillə əhatə olunmur. Məhz buna görə də məktəbəqədər təhsil müəssisələri vergidən azaddır. Əgər biz həmin müəssisələri vergidən azad etmişiksə, məktəbəqədər təhsil müəssisələri üçün 3 min manat rüsum həddən artıq çoxdur. O cümlədən, məktəbdənkənar təhsil müəssisələri üçün də 7 min manat böyük rəqəmdir. Mən, ümumiyyətlə, bu qurumların rüsumlardan azad edilməsini təklif edirəm.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Həsənquliyev əlavə edib ki, dəfələrlə məktəbəqədər təhsil müəssisələri açan iş adamlarına torpaq sahələri ayrılması və belə müəssisələrin açılması üçün güzəştli kreditlər verilməsi haqda çağırışlar edib:

“İndi ölkə üçün vacib olan məktəbəqədər təhsil üçün lisenziyanın 3 min manat olması çox böyük rəqəmdir.

Deputat Musa Urud və Asim Mollazadə də çıxışı zamanı rüsumlara qarşı olduqlarını bəyan ediblər.

Təhsil komitəsinin sədri İsa Həbibbəyli isə həmkarlarına qanunun 32.1.1 maddəsi istisna olmaqla, digər maddələri dəstəklədiyinə görə təşəkkür edib:

“Biz bu maddəni Təhsil Nazirliyi ilə bir daha müzakirə edərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm