Hikmət Babaoğlu: Azərbaycan öz milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
Bizi izləyin

Nida Xəbər

Hikmət Babaoğlu: Azərbaycan öz milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər hər iki tərəf üçün strateji xarakterli münasibətlərdir . Azərbaycan üçün bu münasibətlərin yüksək səviyyədə qurulması həm siyasi həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Aİ hazırda dünya siyasətini müəyyənləşdirən , beynəlxalq nizamın keyfiyyətinə mühüm təsir göstərən kollektiv ittifaq olmaqla həm də hərbi–siyasi baxımdan dünya siyasətində imperativ güc mərkəzlərindən biri kimi çıxış etməyi bacarırır:

"Dünyanın yeni sənaye inqilabının və 21-ci əsrin innovasiyalar ve yeni texnalogiyalar mərkəzindən biridir. Avropa üçünsə Azərbaycan yeni alternativ enerji təhlükəsizliyi və mühüm beynəlxalq nəqliyyat - kommunikasiya qovşağıdır. Eyni zamanda klassik Şərqə və Asiyaya doğru uzanan strateji yolda mühüm geostrateji rayondur. Əgər bütün bunları bir də məskun olduğumuz siyasi- coğrafiyanın 2011-ci ildən sonra formalaşmaqda olan yeni hərbi-siyasi reallıqları konteksində qiymətləndirsək o zaman bir daha ölkəmizin Avropa İttifaqına üzv olan dövlətlər üçün nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Hazırki mürəkkəb beynəlxalq şərtlər və ikili standartlar siyasəti mərhələsində proqnozlaşdırıla bilinən və güvənilən tərəfdaş olmaq olduqca çətindir. Ancaq Azərbaycan öz tərəfdaşları ilə münasibətdə bunuları qorumağı bacarır, öz milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir. Ona görə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə görüşərkən məhz bu məsələni önə çəkərək Azərbaycanı Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşı adlandırdı. Bu fikir əslində tərəflər arasında münasibətlərin keyfiyyət göstəricisi kimi də qiymətləndirilə bilər".

Millət vəkili qeyd edib ki, hazırda Aİ ilə Azərbaycan arasında mövcud olan siyasi-iqtisadi münasibətlərin qarşılıqlı dinamizmi əməkdaşlığın daha geniş platformaya transfer olmasını şərtləndirir ki, bu da hər iki tərəfin maraqları çərçivəsindədir:

"Ona görə də 2018- ci ildə tərəflər arasında gələcək münasibətləri hüquqi müstəvidə tənzimləyəcək yeni çərçivə layihəsi hesab edilə biləcək "Tərəfdaşlıq prioritetləri" adlı sənəd paraflandı və bu sənəddə bir daha Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə etdi. Bu ölkəmiz üçün olduqca əhəmiyyətlidir . Çünki Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət kursunda başlıca strateji məqsəd ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır . Aİ kimi nüfuzlu beynəlxalq aktorun bu məsələdə dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir . Elə Dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskala görüşdə bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar toxunması , Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti , həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsinin aparılması bir daha bu tərəfdaşlığın nə qədər əhəmiyyətli olmasından xəbər verir . Qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edən bu münasibətlər gələcək perespektivdə də hər iki tərəfə mühüm dividentlər vəd edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm