Nida Xəbər
Bakıda İsa Peyğəmbərin doğulduğu kilsə və Dəməşqlə bağlı QƏRAR VERİLDİ
UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyasında İsa Məsihin doğulduğu yer olan kilsənin və kilsənin yerləşdiyi Beyt-Ləhm ərazisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılması müzakirə olunub.
Publika.az xəbər verir ki, bununla bağlı təqdimatı Fələstinin UNESKO-dakı səfiri Munir Anastas edib. O qeyd edib ki, Beyt-Ləhm şəhəri İsa peyğəmbərin anadan olduğu şəhərdir, müqəddəs yerdir, bütün dinlər və xalqlar üçün açıqdır:
“Beyt-Ləhm xristianlar üçün müqəddəs şəhərdir və Fələstinin ərazisindədir. Biz ötən müddət ərzində bu ərazidə, bu kilsədə cidi quruculuq işləri apardıq və artıq kilsə Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısından çıxarılmaq üçün tam hazırdır”.
Müzakirədən sonra İsa Məsihin doğulduğu kilsənin və Beyt-Ləhm şəhərinin siyahıdan çıxarılmasına dair qərar qəbul olunub.
Daha sonra Suriya Ərəb Respublikasının paytaxtı Dəməşq şəhərinin siyahıdan çıxarılması məsələsi müzakirəyə çıxarılıb. Dəməşqlə bağlı təqdimat edən Suriya nümayəndəsi ölkəsində 2011-ci ildən bəri davam edən silahlı münaqişənin sona çatmaq üzrə olduğunu bildirib. O, 2013-cü ildən təhlükəli siyahıda olan Dəməşqin siyahıdan çıxarılmasını əsaslandıırb.
Hər iki təklif qəbul olunub.
Səxavət
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO
-
Magazin213:25
Monika Belluççinin qızı açdı sinəsini, göstərdi... - FOTOLAR
-
Sosial12:58
İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama
-
Sosial12:20
Yol hərəkəti qaydalarını pozanlar, dava-dalaş salanlar MÜHARİBƏYƏ GÖNDƏRİLƏCƏK
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb