Nida Xəbər
Bakının bəzi küçələrində yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyuldu
15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar iyulun 28-dək tədbirlərin keçirildiyi ərazi üzrə küçə və prospektlərdə yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.
Publika.az-ın xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov bildirib.
"Bu mötəbər beynəlxalq tədbirin keçirildiyi ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və Bakı şəhərində süni sıxlığın yaranmaması məqsədilə yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara tövsiyə edilir ki, müvəqqəti olaraq, yəni iyulun 28-dək şəhərin mərkəzi istiqamətində yük maşınlarından istifadə edilməsin.
Belə ki, Xırdalan dairəsi Beynəlxalq Avtovağzal Kompleksi yanından, Lökbatan dairəsindən yük avtomobillərinin şəhərin mərkəzinə doğru hərəkətinə məhdudiyyət tətbiq edilir və istiqamət dəyişdirilir", - V.Əsədov əlavə edib.
Yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılarına mövcud vəziyyəti nəzərə alıb alternativ variantlar üzrə hərəkət etmələri tövsiyə olunur.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı