Nida Xəbər
“Azərbaycan” kinoteatrı özəlləşdirildi - Hərrac
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 iyul tarixində növbəti hərrac keçirilib.
Komitədən Publika.az-a verilən məlumata görə, hərracda 27 dövlət əmlakı özəlləşdirilib. Onlar arasında səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri var. Dövlət əmlakları paytaxtla yanaşı, Yevlax, Astara, İsmayıllı, Hacıqabul, Quba və Cəlilabad rayonlarında yerləşir. Hərracda yun tədarükü, emalı, yun sapların hazırlanması və əyrilməsi üzrə fəaliyyət göstərən “Yevlax Yun” Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirilib. 403.3 min kv.m torpaq sahəsi olan dövlət əmlakının ərazisində inzibati bina, baş istehsalat korpusu, keçə sexi və digər köməkçi bina və qurğular mövcuddur.
Özəlləşən kiçik dövlət müəssisələrindən biri isə Astara şəhəri, Azərbaycan küçəsindəki “Azərbaycan” kinoteatrıdır. Faydalı sahəsi 442.6 kv.m olan dövlət obyektinin xidmət sahəsi üzrə gəlirli fəaliyyət imkanları var. Dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 2.5 min kv.m-dir. Digər kiçik dövlət obyekti isə Cəlilabad rayonu, Əliqasımlı kəndində yerləşir. İnvestor bu dövlət əmlakını 22.3 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirib.
Budəfəki hərracda nəqliyyat vasitələrinin əksəriyyəti rəqabətli mühitdə özəlləşdirilib. "Fiat", "Hyundai", "Daewoo", "UAZ" və digər markalara aid bu avtomobillərin buraxılış illəri 1995-2008-dir. Buraxılış tarixi 2000-ci il olan "Hyundai Sonata" markalı avtomobilin ilkin qiyməti 3 min manat olsa da, iştirakçılar arasında rəqabət son qiyməti 3 min 800 manata yüksəldib.
Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul tarixində növbəti hərrac keçirəcək.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir