Hindistanlı səfir Astarada
Bizi izləyin

Nida Xəbər

Hindistanlı səfir Astarada

Hindistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vanlalvavna Bavitlunq Astara rayonunun sosial-inkişafı barədə məlumatlandırılıb.

Publika.az xəbər verir ki, iyulun 24-də hindistanlı diplomatla Astara Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonağa Böyük İpək Yolu üstündə yerləşən Astaranın tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, “Şimal-Cənub“ Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi ilə Hindistan-Azərbaycan arasında mövcud iqtisadi və mədəni əlaqələr daha da genişlənib, turizm, kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə iş adamları üçün münbit şərait yaradılıb.

Hindistanlı diplomat Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Sonra səfir Vanlalvavna Bavitlunq “Şimal-Cənub“ Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil və dəmir yolu xəttinə baxış keçirib, Park-bulvar kompleksi, çəltik emalı zavodu, “Astara Çay” MMC-nin çay plantasiyası və çay fabriki ilə tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm